Azərbaycan Muaytay Federasiyasının 1 may 2026-cı il tarixində keçirilmiş Konfransının qərarının ləğvi ilə bağlı məhkəmə prosesi başa çatıb.
"Unikal"ın məlumatına görə, Araz Musayev tərəfindən əvvəlcə Yasamal Rayon Məhkəməsində, daha sonra isə Apellyasiya Məhkəməsində qaldırılan iddialar təmin edilməyərək rədd edilib.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim olunan kassasiya şikayətinə də baxılıb və rədd edilib. Bununla da, sözügedən Konfransın və həmin tarixdə keçirilmiş seçkilərin qanuni olduğu son məhkəmə instansiyası tərəfindən də təsdiqlənib.
Qərardan sonra Azər Həsənsoy və onun komandası rəsmən tanındı.
Seymur Əli