AZ

İspaniya katolik rahibəsinə edilən hücumu pislədi

İspaniya hökuməti Qüdsdə fransız katolik rahibəsinə edilən hücumu qətiyyətlə pisləyib.

Turkustan.az xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyi bildirib ki, "İspaniya hökuməti Qüdsdə fransız katolik rahibəsinə edilən hücumu qətiyyətlə pisləyir. İspaniya zərərçəkmişlə həmrəyliyini bildirir və ona tezliklə sağalmasını arzulayır. Cinayətkar ədalət mühakiməsinə cəlb olunmalıdır".

İspaniya hökuməti İsraili "ibadət azadlığına zəmanət verməyə və Qüdsdəki status-kvoya hörmət etməyə" çağıraraq bu cür zorakılıq aktlarının qarşısını almaq üçün tədbirlər görülməsini tələb etdi.

Aprelin 28-də işğal olunmuş Şərqi Qüdsdə yerləşən Qüdsdəki Fransız Müqəddəs Kitab və Arxeologiya Məktəbində fanatik bir yəhudinin bir rahibəyə hücum etdiyi görüntülər yayılıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
45
1
turkustan.az

2Mənbələr