AZ

"Kəpəz" "Sumqayıt"ı məğlub edib

Ajans.az xəbər verir ki, günün ilk oyununda "Sumqayıt" səfərdə "Kəpəz"lə üz-üzə gəlib. Yevlax şəhər stadionundakı qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 2:1. "Sarı-göylər"in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub. Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Kəpəz" 10-cu pillədə qərarlaşıb. "Sumqayıt" 38 xalla 7-ci sıradadır. Günün ikinci matçında "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

Seçilən
33
7
Ajans.az

10Mənbələr