BAKI, 2 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXX turunda “Araz-Naxçıvan” və “İmişli” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Sumqayıtda “SOCAR Polymer Arena”da baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüşdə yeganə qolu 18-ci dəqiqədə Dioqo Kardozo vurub.
Bu nəticədən sonra Jorj Kaşkilyanın komandası xallarını 32-yə çatdıraraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Andrey Demçenkonun komandası isə 40 xalla 6-cı pillədə yer alıb.
Qeyd edək ki, günün ilk matçında “Kəpəz” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. Tura mayın 5-də yekun vurulacaq.