AZ

Avstraliya hökuməti aviasiya yanacağı və dizel yanacağının yeni tədarükünü təmin edəcək

ain.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya hökuməti aviasiya yanacağı və dizel yanacağının yeni tədarükünü təmin edəcək.

Banco.az xəbər verir ki, Avstraliya hökuməti ABŞ və İsrailin İrana qarşı hücumlarının yaratdığı yanacaq böhranı fonunda 100 milyon litr aviasiya yanacağı və 50 milyon litr dizel yanacağının tədarük ediləcəyini açıqlayıb.

Avstraliya Baş nazirliyinin ofisindən yayılan yazılı bəyanatda yaxın günlərdə 100 milyon litr aviasiya yanacağı və 50 milyon litr dizel yanacağının təmin olunacağı bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, Avstraliya bu günə qədər 450 milyon litr dizel və 100 milyon litr aviasiya yanacağının tədarükü üçün təminat əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
banco.az

2Mənbələr