Türkiyə üçün Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması və hazırkı sülh prosesinin müvafiq sazişin imzalanması ilə yekunlaşması çox önəmlidir.
Aznews.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz "Şərqi və Cənub-Şərqi Anadolu Bölgələrinin Görüşü" adlı tədbirdə çıxışında deyib.
C. Yılmazın sözlərinə görə, Türkiyə Cənubi Qafqazda davamlı sülhün əldə olunmasını istəyir.
"Bölgədə reallaşdırılacaq Zəngəzur dəhlizi, Orta Dəhliz Türkiyə üçün əhəmiyyətlidir, çünki bu koridorlar Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə quru əlaqəni yaratmaqla yanaşı, Asiya ilə Avropa arasında ticarətin inkişafına töhfə verəcək. Regionun iqtisadiyyatı inkişaf edəcək", - Türkiyənin Vitse-prezidenti bildirib.