AZ

Hörmüz boğazı nə vaxt açılacaq? – Tehrandan şərt

ABŞ və İsrailin İrana qarşı təcavüzü nəticəsində Hörmüz boğazında yaranmış gərgin vəziyyət yalnız münaqişəni başladan tərəflər hərbi əməliyyatları dayandırdıqdan sonra normallaşacaq. İranın ali rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi jurnalistlərə açıqlamasında mövcud böhranın həlli üçün konkret şərt irəli sürüb.

KONKRET.az xəbər verir ki, İlahinin sözlərinə görə, 2026-cı il fevralın 28-nə qədər boğaz açıq olub və min illər boyu İran bu su yolunun təhlükəsizliyi üçün böyük vəsaitlər xərcləyib. Diplomat vurğulayıb ki, müharibə başlayana qədər hətta düşmən hərbi gəmiləri belə oradan sərbəst keçib, lakin hazırkı böhranı İran yox, təcavüzkar ölkələr yaradıb. O, dünya ölkələrini İrana sual vermək əvəzinə, ABŞ və İsrailə müharibəni dayandırmaq üçün təzyiq göstərməyə çağırıb.

Qeyd edək ki, 28 fevralda müharibə başladıqdan sonra Tehran boğazı ABŞ, İsrail və onları dəstəkləyən ölkələrin gəmiləri üçün bağlayıb. Münaqişə dövründə icazəsiz keçməyə cəhd edən bəzi tankerlər hücuma məruz qalıb. Yalnız martın 25-də İran Rusiya, Çin, Hindistan, İraq və Pakistan kimi dost ölkələrin gəmilərinə Hörmüz boğazından keçidə icazə verib. İlahi əlavə edib ki, bu blokada səbəbindən dünyada zavodlar bağlanır və iqtisadi çətinliklər yaranır, buna görə də tək çıxış yolu müharibənin dayandırılmasıdır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
43
1
konkret.az

2Mənbələr