AZ

Azər Bağırov: “Əziyyətə qiymət vermirlər”

Misli Premyer Liqasının XXX turunun "Kəpəz" - "Sumqayıt" matçından (2:1) sonra ev sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

"Mənim üçün maraqlı oyun oldu. Qarşılaşma bizim üçün yaxşı başlaya bilərdi. Yenə epizodlardan yararlana bilmirik. Buraxdığımız qollar da kurtoz alınır. Uşaqlara təşəkkür edirəm ki, tez toparlandılar və oyunun sonunda əsl geridönüş etdilər. Xüsusi təşəkkürlər əsl azarkeşlərimizədir. Dırnaqarası bəzi azarkeşlər də var ki, komanda udanda da nəsə bəhanə axtarırlar, əziyyətə qiymət vermirlər".

- Oyundan əvvəl söz-söhbətlər var idi ki, "Kəpəz" məğlub olsa, sizin ünvanınıza istefa şüarları səsləndiriləcək. Bu söhbətlər sizə çatmışdı? 

- Xeyr, belə söhbət eşitməmişəm. Futbolu bilən azarkeşlər anlayırlar ki, mən gələndə komanda hansı durumda idi. Böyük ölçüdə komandaya heç kimi cəlb edə bilmədim. 6 futbolçu transfer etmişəm. Bunların içində yeganə legioner Mate Abuladzedir. Gətirdiyim oyunçuların bəziləri I Liqa və Əvəzedicilər Liqasındandır. Onlara da təşəkkür edirəm ki, meydanda vuruşurlar. İnşallah hər şey onlar üçün yaxşı olar. Kimlərin istefa qışqıracağı mənim üçün önəmli deyil. 

- Bundan əvvəlki 4 məğlubiyyəti təhlil etdiz? 

- Komandamızda ehtiyat oyunçular skamyası yoxdur. Kimsə zədələnəndə həmin mövqeni birdən dəyişirik. Bunu əsl azarkeş görür. Dioqo Verdaska meydanda olmayanda 3-4 mövqe axsayır. Bunun üçün Mendeleyev olmaq lazım deyil. Sadəcə "Kəpəz"i qəlbən istəmək lazımdır. 

- Komandanı 0 xalla götürəndə Premyer Liqada qalacağınıza inanırdız? 

- Bütün rəqiblərə başağrısı olmuşuq. Futbolçulara tapşırıram ki, xırda səhvlər etməsək, qələbələr gələcək. Bizim kimi komandadan xırda səhvlər qola səbəb olur. İnanıram ki, hər şey daha yaxşı olacaq. 

- Buraxdığınız qolu necə şərh edərdiz? 

- Kurzoy, bəxtsiz qol demək olar. Bu gün Yusif İmanovun qapıda olması futbolçulara inam verir. Komanda ondan ötrüdür ki, onun səhvlərini sığortalasın. Belə qollar da olur. 

- Rəqib məşqçi ilk penaltinin doğru olmadığını dedi. Siz necə düşünürsüz? 

- Həmkarımın doğru demədiyini desəm, yaxşı olmaz. Amma Çempionlar Liqasındakı penaltiləri dəyərləndirsək, çox suallara özümüz cavab verəcəyik.

XXX turun dörd görüşünün təyinatları bəlli olub

“Qarabağ” çempionluğu necə əldən verdi? - Titulsuz mövsümün 7 səbəbi

Abbas Hüseynov və Elvin Cəfərquliyev fərqləndilər - Əvəzedicilər Liqasında

"Qarabağ" azarkeşlərinə görə ZİYANA DÜŞDÜ

AFFA İntizam Komitəsinin iclası keçirilib

Seçilən
9
4
apasport.az

6Mənbələr