AZ

Göygöldə ağır qəza olub: Xəsarət alanlar var

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun Göygöl rayonundan keçən hissəsində olub.

İlkin məlumata görə, qəza zamanı 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə, 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az"

Seçilən
3
10
cebheinfo.az

10Mənbələr