Azərbaycan Özbəkistanda keçirilən VIII "Boysun Bahori" Beynəlxalq Folklor Festivalında təmsil olunub.
Aznews.az xəbər verir ki, Bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, "Boysun Baharı" beynəlxalq etno-festivalı Özbəkistanın Surxandərya vilayətinin Boysun rayonunda yerləşən Baisuntau dağlarında keçirilən və regionun zəngin mədəni irsini əks etdirən mühüm beynəlxalq tədbirdir.
Belə ki, 1–3 may tarixlərində keçirilən və 20-dən artıq ölkənin iştirak etdiyi bu festivalda sözügeədn mərkəzin layihəsi çərçivəsində "Gənc Aşıqlar" qrupu çıxış edib. Eyni zamanda, təqdim olunan proqram çərçivəsində Azərbaycanın zəngin folklor irsi, o cümlədən aşıq yaradıcılığı və ənənəvi ifaçılıq mədəniyyəti haqqında geniş təsəvvür formalaşdırılıb.
Qeyd eidlib ki, bu tədbir Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlığın inkişafı və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.