AZ

İran ABŞ ın dəniz blokadasına görə neft hasilatını azaltmağa başladı

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İran ABŞ-ın dəniz blokadası fonunda neft anbarlarının dolmasını önləmək məqsədilə neft hasilatını azaltmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran neft anbarlarının tam dolmasını gözləmədən əvvəlcədən hasilatı azaltmağa başlayıb. Bildirilir ki, İran mühəndisləri neft quyularını ciddi zərər görmədən bağlamaq və sonra sürətlə istehsalı bərpa etmək üçün kifayət qədər təcrübəyə malikdirlər.

ABŞ-ın Silahlı Qüvvələri 13 aprel tarixindən etibarən İranın dəniz blokadasını tətbiq edib və bildirib ki, İslam Respublikası limanlarına gedən və ya onun sahillərindən ayrılmağa çalışan bütün gəmilərin hərəkətini məhdudlaşdırmaq niyyətindədir. ABŞ prezidenti Donald Tramp aprelin sonunda qeyd etmişdi ki, əgər blokada davam edərsə, İranın neft kəmərləri tezliklə partlaya bilər.

28 aprel tarixində İranın BMT-dəki daimi nümayəndəsi Amir Said İravani ABŞ-ın İran üzərində tətbiq etdiyi dəniz blokadasını, ticarət gəmilərinin ələ keçirilməsini və heyətlərin həbs olunmasını “həqiqi mənada quldurluq və terror aktı” kimi qiymətləndirib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
9
icma.az

10Mənbələr