AZ

Bakı-Lahor marşrutu üzrə uçuşlara başlanılır

"Airblue" aviaşirkəti Bakı-Lahor marşrutu üzrə uçuşlara başlayır.

"Unikal" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı-Lahor marşrutu üzrə "Airblue" aviareyslərinin fəaliyyətə başlaması ilə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Pakistanın aparıcı aşağıbüdcəli (low-cost) aviaşirkətlərindən biri olan "Airblue"nun Bakı bazarına daxil olması Azərbaycanla Cənubi Asiya arasında hava əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.

Məlumata görə, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu, sərnişinlər üçün daha çevik planlaşdırma imkanları yaratmaqla yanaşı, Bakı ilə Lahor arasında səyahəti daha əlçatan və rahat edir.

Qeyd edək ki, Bakı-Lahor istiqaməti artıq "Azərbaycan Hava Yolları" (AZAL) və "Pakistan International Airlines" (PIA) tərəfindən də icra olunur. "Airblue" aviaşirkətinin bu marşruta qoşulması bazarda rəqabəti gücləndirir, ümumi sərnişin tutumunu artırır və artan tələbatın qarşılanmasına xidmət edir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini genişləndirməklə Azərbaycanın regional aviasiya mərkəzi (hab) kimi mövqeyini daha da möhkəmləndirməyə davam edir.

Seçilən
33
17
unikal.az

10Mənbələr