AZ

Qarabağ adı çəkilməyəcək

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Mayın 5-də İrəvanda təşkil ediləcək birinci Ermənistan-Avropa Birliyi sammitində qəbul ediləcək birgə bəyanatın mətni məlum olub.

Azpost.info bildirir ki, Azadlı Radiosu Bəyanatın mətnini əldə edib.

Birgə bəyanatda tərəflər münasibətlərin gücləndirilməsinə hazırlıq haqqında danışacaqlar, amma Ermənistanın AB-yə üzvlüyünü müzakirə etməyəcəklər.

Sənəddə həmçinin AB-nin Ermənistanda reform və uzunmüddətli inkişaf proqramlarında dəstək ifadə edəcəyi bildirilib. Ermənistanın üzvlüyünə dair avropalı liderlərin hər hansı açıqlama verəcəyi gözlənməsə də AB ilə viza rejiminin liberallaşdırılmasında əhəmiyyətli inkişafı əldə edildiyinin elan ediləcəyi gözlənilir. AzadlıqRadiosunun erməni xidməti bunun Ermənistan hakimiyyəti üçün önəmli olduğunu məqam olduğunu qeyd edib.

İrəvanda qəbul edilməsi gözlənilən sənəddə həmçinin ona yeni maliyyə yardımının verilməsinə dair də hər hansı xatırlatma qeydə alınmayıb. Bunun əvəzində “Global Gate” çərçivəsində layihələrin reallaşdırılması üçün əvvəllər elan edilmiş 270 milyon avro və 2.5 milyard avroya dair xatırlatma yer alacaq.

Üstəlik AB liderlərinin avropalı biznesmenlər qarşısında çıxış edib, onları Ermənistana investisiya qoymağa çağıracağı da gözlənilir. İnvestisiya qoyulmasına çağırış ediləcək layihələr arasında Cənubi Qafqazdan Avropaya Qara dənizin dibiylə enerji ötürülməsi layihəsinin yer alması gözlənilir. Qeyd edilən layihədə əsas iştirakçı ölkələr Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Macarıstan və digərləri hesab edilir. Ermənistanın da son aylarda buna maraq göstərdiyi mediada yer alıb.

İrəvanda AB liderlərinin həmçinin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstəklərini təsdiq edəcəyi gözlənilir. Bununla belə birgə bəyanatda Qarabağdan olan ermənilərin geri qayıtması və ya Bakıda həbsdə olan ermənilər haqqında heç bir xatırlatma yer almayıb.

Ermənistan-AB sammiti mayın 4-ü və 5-də Yerevanda keçiriləcək. Sammitə Avropa Komissiyasının lideri Ursula fon der Leyen və digər avropalı liderlərin qatılacağı gözlənilir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
azpost.info

1Mənbələr