
Amerikanın böyük aşağı büdcəli aviaşirkəti olan “Spirit Airlines” ABŞ hakimiyyəti ilə maliyyə dəstəyi ilə bağlı razılığa gələ bilmədikdən sonra fəaliyyətini dayandırdığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
Aviaşirkət bütün reyslərin ləğv edildiyini bildirib.
Qeyd edək ki, aprelin ortalarında “Bloomberg” agentliyi ABŞ-İsrail müharibəsi fonunda təyyarə yanacağının qiymətlərinin artması ilə əlaqədar “Spirit Airlines” aviaşirkətinin ləğv olunma ərəfəsində olduğunu bildirmişdi.