AZ

Yumurta kartonlarının boz olmasının səbəbi ortaya çıxdı

Yumurta kartonlarının böyük bir hissəsinin boz rəngdə olmasının arxasında maliyyə, dayanıqlılıq və ekoloji faktorlarla bağlı olduqca məntiqli səbəblər dayanır.

Moderator.az xəbər verir ki, bu kartonlar adətən köhnə qəzet, qutu və bənzəri kağıt tullantılarının təkrar emalından hazırlanır.

Emal edilən xammal təbii olaraq boz rəngdə olur.

İstehsal zamanı əlavə rəngləmə işlərinin aparılmaması həm xərcləri azaldır, həm də prosesi ətraf mühit üçün daha faydalı edir.

Kartonun kələ-kötür və qalın toxuması zərbələri udaraq yumurtaların qırılmasının qarşısını alır, xüsusilə daşınma zamanı sarsıntılara qarşı effektiv qoruma təmin edir.

Boz kartonlar nəmi müəyyən dərəcədə tarazlayaraq məhsulun qorunmasına, rəf ömrünün uzanmasına və yumurtaların daha təhlükəsiz saxlanmasına kömək edir.

Seçilən
13
2
moderator.az

3Mənbələr