AZ

Rusiya ordusuna AĞIR ZƏRBƏ: "İsgəndər"lər və strateji RLS-lər darmadağın edildi

Ukrayna Baş Qərargahı bir neçə vilayətdə Rusiyanın hərbi hədəflərinin vurulması barədə məlumat yayıb.

Musavat.com xəbər verir ki, mayın 2-nə keçən gecə Ukrayna hərbçiləri Krım ərazisində, Drujnoye yaxınlığında "İsgəndər" raket komplekslərinin taktiki qrupunun yerləşdiyi nöqtəni hədəf alıblar.

Eyni zamanda, Evpatoriya və Mayak yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus "Podlet" və "MİS-M1" markalı iki radiolokasiya stansiyası (RLS) zərbəyə məruz qalıb.

Donetsk vilayətinin Novopetrikovka və Georgiyevka yaşayış məntəqələrində isə Ukrayna ordusu ruslara məxsus dron anbarına və üç pilotsuz uçuş aparatı (PUA) idarəetmə məntəqəsinə hücum edib.

Bundan başqa, Luqansk vilayətinin Kadievka və Xerson vilayətinin İvanovka ərazilərində sursat anbarı və Rusiya ordusunun təmir bölməsinin vurulduğu qeydə alınıb.

Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin dronları Çelyabinsk şəhəri yaxınlığındakı "Şaqol" aerodromunda eyni anda dörd Rusiya hərbi təyyarəsinə hücum təşkil edib.

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr