AZ

Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi - VİDEO

Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart, sənədlər olan pul kisəsini və mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb.

"Ölkə.az" oxu.az-a istinadla xəbər verir ki, zərərçəkən sərxoş vəziyyətdə olduğuna görə heç bir müdaxilə edə bilməyib.

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən olunaraq saxlanılıb.

Seçilən
37
20
olke.az

10Mənbələr