AZ

Rafinya “Barselona” rəhbərliyinə gələcəyi ilə bağlı şübhələrinin olduğunu bildirib

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Barselona”nın hücumçusu Rafinya rəhbərliyə klubdakı gələcəyini düşündüyünü bildirib. Sport.es-in məlumatına görə, braziliyalı oyunçunun əhval-ruhiyyəsinə bu mövsüm aldığı zədələr ciddi təsir göstərib və bu zədələr onun ötən ilki səviyyəyə çatmasına mane olub.

Mənbənin məlumatına görə, Rafinya “Barselona”nın Çempionlar Liqasının dörddəbir finalında “Atletiko Madrid”ə məğlub olması və komandasına kömək edə bilməməsi ilə də çətinlik çəkib.

“Barselona” 29 yaşlı futbolçunun dürüstlüyünü yüksək qiymətləndirib. “Barselona”nın baş məşqçisi Hans-Diter Flik və idman direktoru Dekonun ona güvəndiyi vurğulanır. Klub Rafinyaya gələcəyini düşünmək üçün lazım olan qədər vaxt verməyə hazırdır. “Barselona”nın düşərgəsi hücumçunun karyerasını onlarla davam etdirəcəyinə inanır.

Bu mövsüm Rafinya zədələr səbəbindən klub və millidə 23 oyun buraxıb. Oyunçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr