ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Kəpəz”in fevralın 3-də bıçaqlanan futbolçusu Veysəl Rzayev hələ komandaya qoşula bilməyib. Halbuki təxminən iki həftə sonra evə buraxılan oyunçunun qısa müddətdə yenidən yaşıl meydanlarda görünəcəyi gözlənilirdi.Bəs, futbolçu hazırda hardadı? Niyə hələ də komandyaa qoşulmayıb? Klubdan onunla əlaqə saxlanılırmı?Bu sualla “sarı-göylər”in baş məşqçisi Azər Bağırova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki, tam sağalandan sonra məşqlərə qoşulmaq üçün müraciət etsin. Klubun həkimləri tərəfindən yoxlanılandan sonra komandaya qoşulacaqdı. Lakin hələ bu barədə bizə müraciət etməyib. Bu səbəbdən, dəqiq hansı tarixdə komandaya qoşulacağını bilmirik. Özü klubun həkimlərinə müraciət etməlidi”.
Xatırladaq ki, gəncəlilər bu ilin yanvarında 23 yaşlı yarımmüdafiəçi ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb.KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.