Bəs, futbolçu hazırda hardadı? Niyə hələ də komandyaa qoşulmayıb? Klubdan onunla əlaqə saxlanılırmı?
Bu sualla “sarı-göylər”in baş məşqçisi Azər Bağırova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki, tam sağalandan sonra məşqlərə qoşulmaq üçün müraciət etsin. Klubun həkimləri tərəfindən yoxlanılandan sonra komandaya qoşulacaqdı. Lakin hələ bu barədə bizə müraciət etməyib. Bu səbəbdən, dəqiq hansı tarixdə komandaya qoşulacağını bilmirik. Özü klubun həkimlərinə müraciət etməlidi”.
Xatırladaq ki, gəncəlilər bu ilin yanvarında 23 yaşlı yarımmüdafiəçi ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb.
KƏNAN BAHADIR