AZ

“Niva” “Chevrolet”lə toqquşdu - Xəsarət alanlar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, qəza şəhərin Bağman adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan “Niva” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəza yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.

Tural Muradov 

Seçilən
32
1
unikal.az

2Mənbələr