"Bolonya"nın futbolçusu Rikkardo Orsolini karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Metbuat.az Trend-ə istinadən xəbər verir ki, "Beşiktaş" italiyalı vingeri transfer etmək istəyir.İstanbul nəhəngi Orsolinini yayda heyətinə qatmağa çalışacaq. "Qara qartallar" klubu ilə 1 illik müqaviləsi qalan 29 yaşlı oyunçunu uyğun məbləğə transfer edəcəyinə ümid edir.Qeyd edək ki, Rikkardo Orsolini 2018-ci ilin yanvarından "Bolonya"da çıxış edir. İtaliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 12 qol və I məhsuldar ötürmə ilə yadda qalıb.