AZ

İran Şamdakı terror hücumunu qətiyyətlə pisləyir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi Şamın Seyyide Zeyneb bölgəsində törədilmiş terror hücumunu və Hazrəti Zeyneb türbəsinin cümə xütbətçisi olan müsəlman alim Seyyid Fərhən Həsən əl-Mənsurun sui-qəsd nəticəsində ölürülməsini qətiyyətlə pisləyib.

Bizimyol.info xəbər verir ki, Bəkayi həmin qəddar hücumla bağlı açıqlamasında dərin nifrət və qəzəb hiss etdiklərini bildirərək, Suriyada və bölgədə dini məkanları və din xadimlərini hədəf alan terror aktlarının bölgə ölkələrində fitnə və parçalanma yaratmaq istəyən Sionist rejim və ABŞ-ın şeytani planlarının bir hissəsi olduğunu vurğulayıb.

O, bütün tərəflərin belə sui-qəsdlərə qarşı ayıq olmasının vacibliyini qeyd edərək, terrorizm və radikalizmə qarşı qətiyyətli mübarizənin və bu istiqamətdə məsuliyyətlərin yerinə yetirilməsinin zəruriliyini bildirib.

Bəkayi alim Mənsurun ailəsinə, Suriya xalqına və ölkənin dini alimləri icmasına başsağlığı verərək, terror hücumunun törədicilərinin və arxasında duran qüvvələrin müəyyən edilərək cəzalandırılmasının vacib olduğunu söyləyib. O, həmçinin terrorizmin kökünün kəsilməsi üçün bölgə ölkələri arasında əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Sözçü, Suriyadakı keçid hökumətinin də ölkədəki xalqın, dini alimlərin və bütün etnik, dini və məzhəb qruplarının təhlükəsizliyini təmin etmək məsuliyyətini daşıdığını vurğulayıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
bizimyol.info

1Mənbələr