AZ

Dünyada ilk trillioner: o kim olacaq?

İlon Mask öz şirkəti - Tesla ilə bağladığı kompensasiya müqaviləsinin bir hissəsi olaraq 158 milyard dollara qədər mükafat ala bilər.

Turkustan.az xəbər verir ki, bu barədə "The Times" qəzeti şirkətin tənzimləyici sənədlərinə istinadən yazıb.

Bu, səhmdarların onun 1 trilyon dollarlıq ödəniş proqramını təsdiqləməsindən sonra ilk məlumatdır. Tam məbləğ şirkətin performans hədəflərinə çatmasından və səhm qiymətindən asılıdır. 158 milyard dolları almaq üçün Tesla şirkətinin bazar kapitallaşması 2 trilyon dollara (hazırda təxminən 1,2 trilyon dollar) qədər artırmalı və tam paketi almaq üçün 8,5 trilyon dollara çatmalıdır. Buradarobotların və sürücüsüz taksilərin kütləvi istehsalı da daxil olmaqla bir sıra iddialı məqsədlərə çatmaq hədəflənib.

Xatırladaq ki, hazırda dünyanın ən zəngin iş adamı olan İlon Maskın 850 milyard dollar sərvəti var./modern.az/

Seçilən
26
1
turkustan.az

2Mənbələr