AZ

Piyada keçidi ticarət obyektləri ilə zəbt olunub Sakinlərdən ŞİKAYƏT

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində "Pasyolka Kirov" adlanan ərazidə yerüstü piyada keçidinin qanunsuz şəkildə ticarət obyektləri ilə zəbt olunduğu iddia edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a şikayət ünvanlayan sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, sözügedən ərazidə vətəndaşların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş yerüstü piyada keçidi təyinatından kənar şəkildə istifadə olunur:

"Keçidin daxilində pərakəndə satış məqsədilə, xüsusilə ətir satışı ilə məşğul olan vitrinlər və piştaxtalar quraşdırılıb. Bu hal hərəkəti məhdudlaşdırır, obyektlər keçidin piyadalar üçün nəzərdə tutulan sahəsini daraldır, nəticədə keçiddə sıxlıq yaranır və sərbəst hərəkət çətinləşir. Həmçinin qapalı keçid şəraitində ətir qoxularının kəskin intensivliyi orada hərəkət edən asmadan əziyyət çəkən vətəndaşlar və azyaşlı uşaqlar üçün sağlamlıq riski yaradır. Habelə keçid daraldığı üçün fövqəladə hallar baş verərsə, insanların təxliyyəsi qeyri-mümkün olacaq".

Sakinlərin sözlərinə görə, satıcılara irad bildirsələr də, onlar aqressiv münasibət göstərir və iradlara əhəmiyyət vermədən fəaliyyətlərini davam etdirirlər:

"Biz keçidə baxış keçirilməsini və obyektlərin yığışdırılmasını istəyirik. Keçidin təyinatı üzrə (yalnız piyadaların hərəkəti üçün) istifadəsi təmin edilsin".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
avtosfer.az

1Mənbələr