AZ

Azərbaycan klubunun rəhbərliyindən QƏRİBƏ QƏRAR - Onlara pul var, sizə yox!

«Karvan» rəhbərliyi təəccüb doğuracaq addım atıb.

Premyer Liqanın bundan öncəki iki turunda qələbə qazanan komandanın məşqçilər korpusuna mükafat verilməyib.

Diqqətə çatdırıılıb ki, onlara ödəmə edilməyəcək, pulu yalnız futbolçular alacaq. Bu qərarın səbəbi isə açıqlanmır.

Füzuli Məmmədovun çalışdırdığı Yevlax təmsilçisi «Kəpəz»i 4:1, «Şamaxı»nı 1:0 üstələyib. Doğma məkanda əldə olunan bu qələbələr oyunçuların hər birinə 2000 manat qazandırıb.

Kollektiv üzərində əziyyəti olan məşqçilər korpusuna 1 manatın da ayrılmaması, doğrudan da, qəribədir.

«Sarvanlar» 29 turdan sonra 14 xala malikdir. Bu göstərici ilə turnir cədvəlinin 12-ci pilləsinə «dəmir» atıblar».

SPORTİNFO.AZ

Seçilən
26
sportinfo.az

1Mənbələr