Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyədə 2026-cı ildə iqlim dəyişiklikləri fonunda anormal istilik dalğaları və tam quraqlıq ehtimalı qalmaqdadır. Demokrat.az xəbər verir ki, bu barədə “Milliyet” qəzetinə Boğaziçi Universitetinin professoru Murat Türkeş məlumat verib.Alimin qiymətləndirməsinə görə, ölkənin bir sıra bölgələrində hava temperaturu normadan yüksək ola bilər və yeni rekordların qeydə alınması da istisna edilmir. Ən yüksək göstəricilərin ölkənin daxili kontinental ərazilərində — Mərkəzi, cənub-qərb və cənub-şərqi Anadoluda müşahidə olunacağı gözlənilir.Türkeş bildirib ki, temperaturun artması payız-qış dövründə yağıntıların azalması ilə müşayiət olunur. Buxarlanmanın güclənməsi ilə birlikdə bu, quraqlığın daha da kəskinləşməsinə gətirib çıxarır.Onun sözlərinə görə, ölkədə indiyədək müşahidə olunmayan “tam quraqlıq” şəraiti formalaşa bilər. Proqnoza əsasən, mövcud iqlim tendensiyaları davam edərsə, 2040-cı illərə doğru Türkiyənin bəzi bölgələrində Şimali Suriyanın iqliminə bənzər, səhralaşmaya yaxın şərait yarana bilər.Ekspert həmçinin temperatur artımının meşə yanğınları riskini yüksəltdiyini, su ehtiyatları və kənd təsərrüfatı üzərində əlavə təzyiq yaratdığını vurğulayıb. İstilik dalğalarının güclənməsi və tez-tez təkrarlanması isə su qıtlığı və ərzaq təhlükəsizliyi üçün risklər yarada bilər.Türkeş su ehtiyatlarının idarə olunması, quraqlıqla mübarizə və kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması üçün kompleks tədbirlərin hazırlanmasına çağırıb.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.