ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin ölkənin gömrük orqanlarına pilotsuz uçuş aparatlarına qarşı mübarizə səlahiyyətləri verən qanunu imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Bildirilib ki, artıq Rusiyanın gömrük orqanları qurumun obyektlərinə hücum və ya hücum təhlükəsi olduqda dronların fəaliyyətinin qarşısını almaq hüququ əldə ediblər.
Söhbət hava, sualtı və s. olmaqla istənilən avtomatlaşdırılmış pilotsuz komplekslərdən, eləcə də pilotsuz nəqliyyat vasitələrindən gedir.
Qanun rəsmi şəkildə dərc olunduqdan 30 gün sonra qüvvəyə minir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.