AZ

''Beşiktaş''ın sabiq ulduzu prezidentə transferlə bağlı tövsiyələr verdi

''Beşiktaş'' tarixində iz buraxmış isimlərdən olan Rikardo Kuareşma ''A Spor'' kanalına açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, hazırda 42 yaşı olan Kuareşma aprelin 30-da ''Tüpraş Stadionu''na gələrək ''ağ-qaralar''ın prezidenti Sərdal Adalı ilə görüşmüşdü.

Qeyd edək ki, sabiq ulduz İstanbul nəhəngində iki fərqli dönəmdə - 2010-13 və 2015-19-cu illərdə forma geyib. Bu klubla iki çempionluq olmaqla üç titul qazanıb və 227 oyunda 38 qol, 76 məhsuldar ötürmə ilə fərqlənib. Kuareşmanı dinləyək:

''Türkiyənin mundiala vəsiqə qazanması məni çox sevindirdi. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəklər. Onların da qazanmasını istəyirəm. Çünki Türkiyə mənim ikinci evimdi. Türkiyə yığmasında ən çox Arda Güləri bəyənirəm. ''Beşiktaş'' başqanı Sərdal Adalı mənim üçün çox dəyərli bir insandı. Mənə Türkiyəyə gəlmək fürsətini məhz o yaratdı. Uzun illər aramızda qarşılıqlı sevgi və hörmət var. Onunla son görüşümüzdə olan söhbətlər təbii ki, öz aramızda qalacaq. Bəzi özəl söhbətlərimiz oldu. Amma ''Beşiktaş''ı çempion etməsini çox istəyirəm. Komanda son dönəmlərdə bir qədər geri qalıb. Oyunçular üzərlərində daha çox çalışmalıdılar. Onlar bu klubun önəmini, daşıdıqları emblemin dəyərini anlamalıdılar. Başqanın da daha yaxşı transfer həyata keçirməsini, mübariz ruhlu və ''Beşiktaş''a çempionluğu qazandıracaq oyunçular gətirməsini istəyirəm. Bu klub üçün etdiklərimlə qürur duyuram. Heyranlarım tərəfindən hələ də bu qədər sevilməyim məni qürurlandırır. Bu, mənimlə məzara qədər gedəcək bir sevgidi''.
Seçilən
19
1
football-plus.az

2Mənbələr