AZ

Liqada fasilə öncəsi son tur: “Sərhədçi”dən inamlı liderlik FOTO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Peşəkar Çövkən Liqasında altıncı turun oyunları başa çatıb.

İdman.Biz Azərbaycan Atçılıq Federasiyasına istinadən xəbər verir ki, ilk oyun günündə “Şamaxı” “Omar”a qarşı matça yaxşı başlasa da, üstünlüyünü fasiləyədək qoruya bilməyib.

İkinci hissədə daha effektiv çıxış edən “Omar” ardıcıl 2 qol vuraraq oyunda 3:1 hesablı qələbə qazanıb.

Günün digər qarşılaşmasında “Elite” “Zəfər”lə üz-üzə gəlib. “Elite” sona 5 dəqiqə qalmış üçüncü qolu vuraraq qələbəni təmin etmiş kimi görünürdü. Lakin “Zəfər” təslim olmayıb, oyunun dərhal ardından mərkəzdən başladığı hücumla fərqi azaldıb və ardınca daha bir qol vuraraq hesabı bərabərləşdirib. Matçın son saniyələrində “Zəfər” 2:3 hesablı məğlubiyyətdən qaçmağa yaxın olsa da, son epizodlardan yararlana bilməyib.

Turun ikinci günündə diqqət mərkəzində “Buta Golden” - “Polad” oyunu olub. Qarşılaşmaya daha fəal başlayan “Buta Golden” üstünlüyü ələ almağa çalışsa da, “Polad” yaratdığı azsaylı imkanlardan birini dəyərləndirərək hesabı açıb. İkinci hissədə də oyunun gedişatı dəyişməyib. “Buta Golden” penalti şansını qaçırıb, “Polad” isə əks-hücumda daha bir dəfə fərqlənərək 2:0 hesablı qələbəni rəsmiləşdirib.

Digər iki oyunda isə gözlənilməz nəticə qeydə alınmayıb. “Embawood” “Atilla”nı 7:0, “Sərhədçi” isə “Xəzər”i 6:0 hesabı ilə məğlub edib.

6 turdan sonra turnir cədvəlinə 18 xalla “Sərhədçi” başçılıq edir. “Polad” və “Embawood” 15 xalla ikinci-üçüncü yerləri bölüşür.

“Sərhədçi”nin oyunçusu Vahid Məmmədov bu tur 5, “Embawood”dan Elmir Əliyev isə 3 qol vuraraq bombardirlər siyahısında 12 qolla liderliyi bölüşürlər.

Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar liqada təxminən bir ay yarımlıq fasilə yaranacaq. Mütəxəssislər növbəti turlarda mübarizənin daha da gərginləşəcəyini bildirir və bu dövrü “fırtınaqabağı sakitlik” kimi qiymətləndirirlər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
icma.az

1Mənbələr