AZ

"Böyük Dəbilqə": Azərbaycanın ilk medalını Rəşid qazandı

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal əldə edib.

Fanat.Az xəbər verir ki, 26 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə qarşılaşıb.

Rəqibini məğlub edən Rəşid üçüncü yeri tutub.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər. "Böyük Dəbilqə" turniri mayın 3-də yekunlaşacaq.

Toğrul

Seçilən
13
13
fanat.az

10Mənbələr