AZ

Heydər Əliyev Mərkəzində “İz” sənədli filminin nümayişi olub

Heydər

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Mayın 2-də Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “İz” sənədli filminin nümayişi olub.Ulusum.az xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən filmdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunur. Filmin süjet xətti Ümummilli Lider Heydər Əliyevin çıxışları, müsahibələri əsasında onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.Filmdə Ümummilli Liderin Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasət əksini tapıb. Eyni zamanda, 30 illik işğaldan sonra torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması da filmdə yer alıb.

Diqqət Çəkənlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Xəzərdə zəlzələ olub

Diplomatik korpusun nümayəndələri Laçında

Seçilən
15
16
ulusum.az

10Mənbələr