AZ

Hart: NATO ABŞ qoşunlarının bir hissəsinin Almaniyadan çıxarılması qərarına aydınlıq gətirilməsini istəyir

NATO ABŞ-nin qoşunlarının bir hissəsini Almaniyadan çıxarmaq qərarının detallarını anlamaq məqsədilə rəsmi Vaşinqtonla əlaqə saxlayır.

“İki sahil” xəbər verir ki, bu barədə alyansın mətbuat katibi Ellison Hart sosial şəbəkələrdə yazıb.

"Biz ABŞ-nin Almaniyadakı qüvvələrin yerləşməsinə düzəlişlər etmək qərarının detallarını anlamaq üçün onlarla işləyirik. Bu düzəliş göstərir ki, Avropa müdafiəyə investisiyaları artırmalı və öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməlidir", - o qeyd edib.

E.Hart vurğulayıb ki, Avropa ölkələri bu istiqamətdə irəliləyiş əldə ediblər. Belə ki, 2025-ci ildə Haaqada keçirilən NATO sammitində alyans üzvləri müdafiə xərclərini ildə ÜDM-in 5 %-i səviyyəsinə qədər artırmağa razılaşıblar.

Qeyd edək ki, daha əvvəl Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell ABŞ-nin Almaniya ərazisindən 5 min hərbi qulluqçunu çıxarmağa başladığını bildirmişdi.

Seçilən
12
3
ikisahil.az

4Mənbələr