AZ

“İnter” Bastoni ilə bağlı “Barselona”dan gələn təklifdən narahatdır

İtaliyanın “İnter” klubu müdafiəçi Alessandro Bastoni ilə bağlı vəziyyəti diqqətlə izləyir.

90deqiqe.Az xəbər verir ki, İspaniyanın “Barselona” klubunun Kristian Romeroya marağı Milan təmsilçisini narahat edir.

Məlumata görə, “neradzurri” Bastoninin transferindən təxminən 60 milyon avro gəlir əldə etmək istəyir. Kataloniya klubu isə bu əməliyyat üçün 50 milyon avrodan artıq məbləğ ödəməyə hazır deyil. Eyni zamanda bildirilir ki, Romero Bastonidən daha ucuz başa gəlir.

Qeyd olunur ki, “Barselona” İtaliya çempionunun müəyyənləşməsini gözləyir və daha sonra müdafiəçi ilə bağlı rəsmi danışıqlara başlamağı planlaşdırır.

Bastoninin özü isə “Barselona”ya keçməkdə maraqlıdır. Futbolçunun mövcud müqaviləsinin isə danışıqlara maneə yaratmayacağı bildirilir.

Seçilən
39
90deqiqe.az

1Mənbələr