Sumqayıt şəhərində yerləşən Çerkassi küçəsində güclü yağışlardan sonra yolun çökməsi sakinlər üçün ciddi problemə çevrilib.
Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, ərazidə vəziyyət hələ də tam aradan qaldırılmayıb.
"Cebheinfo.az" xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, çökmə səbəbindən nəqliyyatın hərəkəti çətinləşib, avtobuslar alternativ küçələrdən istifadə edir və bu da gündəlik gediş-gəlişi uzadır. Bundan əlavə, ərazidə kanalizasiya xəttində nasazlıq yarandığı, çirkab suların açıq sahəyə axdığı bildirilir ki, bu da həm təhlükə, həm də narahatlıq yaradır.
Məsələ ilə bağlı aidiyyəti qurum olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bildirilib ki, yaxın vaxtlarda ərazidə bərpa və təmir işlərinə başlanılması planlaşdırılır.
"Cebheinfo.az"