AZ

İlon Mask öz şirkəti “Tesla”dan 158 milyard dollar əldə edə bilər

BAKI, 2 may. TELEQRAF

Amerikalı iş adamı İlon Mask öz şirkəti “Tesla” ilə əldə olunan kompensasiya razılaşması çərçivəsində 158 milyard dollara qədər vəsait əldə edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” nəşri şirkətin hesabatına istinadən məlumat yayıb.

Söhbət səhmdarlar tərəfindən təsdiqlənmiş 1 trilyon dollarlıq ödəniş proqramı çərçivəsində Maskın mümkün illik gəlirinin ilk qiymətləndirilməsindən gedir.

Bildirilib ki, faktiki ödəniş məbləği müəyyən hədəflərin yerinə yetirilməsindən və şirkətin səhmlərinin dəyərindən asılı olacaq. İlk ödəniş paketini almaq üçün “Tesla”nın bazar dəyərinin 1,2 trilyon dollardan 2 trilyon dollara yüksəlməsi tələb olunur.

Tam paket üçün isə şirkətin kapitalizasiyasının 8,5 trilyon dollara çatması və robotların kütləvi istehsalı, eləcə də pilotsuz taksi xidmətlərinin genişləndirilməsi daxil olmaqla bir sıra iddialı hədəflərə nail olunması nəzərdə tutulur.

Seçilən
44
teleqraf.com

1Mənbələr