Bu gün "Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, Rimas Kurtinaytisin çalışdırdığı kollektiv "Abşeron Lions"u bu dəfə də yenib.
Görüş "bayquşlar"ın 112:84 hesabı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, ilk görüşdə də "Sabah" rəqibini üstələyib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.