ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnaməni sərt tənqid edib. Deputat bildirib ki, bu sənəd obyektivlikdən uzaqdır və regionun hüquqi reallıqlarını əks etdirmir.
"AzPolitika" xəbər verir ki, komitə sədri çıxışında Avropa Parlamentinin nümayiş etdirdiyi seçici yanaşmanın və ikili standartların qəbulolunmaz olduğunu vurğulayıb.
Sadiq Qurbanov qeyd edib ki, Avropa strukturları uzun illərdir demokratiya və insan hüquqlarını siyasi ritorika alətinə çeviriblər: “Əgər hüquq universaldırsa, onun tətbiqidə universa lolmalıdır. Bizim regiona münasibətdə fərqli siyasi standartların tətbiqi nə ilə izah olunur? Bu qətnamə hüquqi təhlildən daha çox siyasi mövqe nümayişidir. Sənəddə işğal dövründə yaranmış humanitar problemlər və Azərbaycanın üzləşdiyi tarixi təcrübə yetərli səviyyədə nəzərə alınmır”.
Deputat Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı strateji rola diqqət çəkərək, Brüsselin siyasətindəki ziddiyyəti ifşa edib:"Avropa Parlamenti bir tərəfdən Azərbaycanı strateji tərəfdaş və enerji təhlükəsizliyinin əsas iştirakçısı kimi qəbul edir, digər tərəfdən isə qarşıdurma yaradan ritorikaya üstünlük verir. Bu, məntiqi uyğunsuzluqdur. Azərbaycan Avropanın enerji marşrutlarının şaxələndirilməsində iqtisadi deyil, həm də siyasi sabitlik faktorudur”.
Sadiq Qurbanov Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü və heç bir xarici mərkəzdən asılı olmadığını xatırladıb: "Ulu Öndər Heydər Əliyevin Lissabon sammitində nümayiş etdirdiyi prinsipial mövqe milli maraqların müdafiəsinin mühüm nümunəsi idi. Bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi xarici təsdiq mexanizmlərinə deyil, dövlət suverenliyinə əsaslanır”.
Çıxışının sonunda komitə sədri vurğulayıb ki, müasir Azərbaycanın gücü təkcə enerji resurslarında deyil, xalq-hakimiyyət birliyindədir: “Avropa Parlamenti anlamalıdır ki, Cənubi Qafqaz artıq əvvəlki geosiyasi məkan deyil. Azərbaycan burada yeni reallıq formalaşdırıb. Heç bir qətnamə bizim müstəqil qərarvermə iradəmizi və regional təsir imkanlarımızı dəyişdirə bilməz”.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.