ABŞ senatoru Lindsi Qrem bildirib ki, əgər İran mövqeyini dəyişməsə, ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatları yenidən başlatmalıdır.
Qrem qeyd edib ki, Vaşinqton İran qarşısında geri çəkilməməli və lazım gələrsə “işi sona çatdırmalıdır”. Onun sözlərinə görə, Tehran təxribatçı siyasətini davam etdirərsə, daha sərt addımlar qaçılmaz olacaq.
Senator xüsusilə Hörmüz boğazında vəziyyətə diqqət çəkərək bildirib ki, ABŞ bu strateji keçiddə gəmi hərəkətini artırmaq imkanına malikdir. O vurğulayıb ki, beynəlxalq ticarətin bərpası üçün lazım olan bütün addımlar atılmalıdır.
Qrem həmçinin İran üzərində təzyiq siyasətini dəstəklədiyini qeyd edib. O, tətbiq olunan blokadanın effektiv olduğunu və əlavə tədbirlərlə birlikdə Tehrana qarşı təsirin daha da gücləndirilə biləcəyini deyib.