AZ

8 gündə 100 ədəd Redbull oğurladı Həbs edildi

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Sumqayıt şəhərində məşhur marketlər şəbəkələrinin birindən 500 manata yaxın energetik içki sayılan "Redbull" oğurlayan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildə Sumqayıt şəhərində doğulmuş İ.M. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs mart ayının 24, 28, 29, 30-u və aprel ayının 1, 4, 12, 14-ü marketə daxil olaraq hər dəfə "Redbull" içkiləri götürərək, gödəkçəsinin ciblərinə və içərisinə yığıb. O, ümumilikdə marketdən həmin tarixlər ərzində 20 ədəd böyük ölçüdə və 80 ədəd kiçik ölçüdə "Redbull" içkisi oğurlayıb. 

Məhkəmənin hökmü ilə İ.M. 25 gün müddətinə inzibati qaydada həbs edilib. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
qaynarinfo.az

1Mənbələr