AZ

SON DƏQİQƏ: ABŞ prezidentinin nümayəndələri Ukraynaya səfəri təxirə salıb

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Trampın nümayəndələri - Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner  Ukraynaya planlaşdırılan səfərlərini təxirə salıblar.

Sherg.az xəbər verir ki, bu barədə mayın 1-də "The Kyiv Independent" nəşri məlumat yayıb.

Məlumata görə, qərarın əsas səbəbi danışıqlarda irəliləyişin olmamasıdır. Bildirilir ki, mövcud şəraitdə bu səfər daha çox simvolik xarakter daşıyacaqdı.

Nəşrə danışan ukraynalı rəsmi bildirib ki, “hazırda danışıqlarda məzmun yoxdur”.

Qərara təsir edən digər amillərdən biri kimi Ukraynanın hava məkanının bağlı olması göstərilir. Bu səbəbdən nümayəndə heyəti Kiyevə qatarla getməli olacaqdı. Mənbə qeyd edib ki, bu variant xüsusilə Uitkoff üçün çətin hesab olunur, lakin səbəblər açıqlanmayıb.

Xatırladaq ki, aprelin 30-da Ukrayna prezidenti Volodymyr Zelenskyy Bloomberg agentliyinə müsahibəsində ABŞ prezidentinin nümayəndələrinin Kiyevə səfər dəvətinə cavab vermədiyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
50
sherg.az

10Mənbələr