AZ

Ukraynada tərxis elan edilib

Ayna saytına istinadən ain.az xəbər verir.

Əvvəllər səfərbər olunmuşlar mərhələli şəkildə tərxis olunacaq

Ukrayna Prezidenti Volodimir Zelenski ordu islahatlarının bir hissəsi olaraq "əvvəllər səfərbər olunmuşların mərhələli şəkildə tərxis olunacağını" elan edib. AYNA.AZ xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat yayıb.

O xidmətin dəqiq şərtlərini müəyyən etmək və əvvəllər səfərbər olunmuşların bu il tədricən ehtiyata keçmələrinə icazə vermək üçün ordunun müqavilə sisteminin gücləndirilməsini əmr etdiyini açıqlayıb.

Prezident hərbi komandanlığa və müdafiə nazirinə islahatın həyata keçirilməsini döyüş komandirləri ilə müzakirə etməyi və Müdafiə Qüvvələrinin bölmələrinin şəxsi heyəti ilə təmin edilməsi ilə bağlı təkliflərini nəzərə almağı tapşırıb.

Onun sözlərinə görə, tərxis 2026-cı ildən başlamalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
ayna.az

1Mənbələr