AZ

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Nyu-Yorkda bir qrup yeniyetmə küçədə yaşayan kişiyə hücum edib və öldürməyə cəhd ediblər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 13-15 yaş arası beş oğlan 45 yaşlı Peter Bennedum adlı şəxsə yumruq və təpiklə xəsarətlər yetiriblər.

Nəticədə o, baş və bədən hissələrindən yaralanaraq huşunu itirib. Ərazidə olanların köməyi ilə hücuma məruz qalan şəxs xəstəxanaya yerləşdirilib.

Xədicə, Bizim.Media

Seçilən
51
1
bizim.media

2Mənbələr