AZ

Qarabağın bərpa prosesinin sürəti insanı valeh edir - Braziliya səfiri

Qarabağda bərpa prosesinin sürəti insanı valeh edir.

Bunu Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro Şərqi Zəngəzur və Qarabağ səfəri çərçivəsində Trend-ə açıqlamasında bildirib.

"Burada həyata keçirilən nəhəng infrastruktur layihələrini görmək çox xoşdur. Söhbət həm yol infrastrukturundan, həm də tarixən bu bölgədə yaşamış və artıq müasir texnologiyaların tətbiqi ilə tam bərpa olunmuş evlərinə qayıtmaq imkanı əldə etmiş sakinlərin rahat yaşayışı üçün yaradılan şəraitdən gedir",- deyə səfir bildirib.

 

Qeyd edək ki, 1 may 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb. Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Bu səfər diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə sayca iyirmi birinci səfəridir. Bu cür səfərlər həyata keçirilən layihələrin miqyası və əldə olunan nəticələr barədə obyektiv təsəvvürün formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Laçın rayonuna baş çəkiblər.

Seçilən
57
day.az

1Mənbələr