AZ

Almaniyadan ABŞ ilə bağlı ŞOK ETİRAF

Vaşinqtonun qərarı Avropada yeni təhlükəsizlik müzakirələrini gücləndirib.

Musavat.com xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin Avropadan, o cümlədən Almaniyadan hərbi qüvvələrini azaltmasının əvvəlcədən gözlənilən addım olduğunu bildirib.

Pistorius vurğulayıb ki, Avropa ölkələri artıq öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımalıdır:

“ABŞ-nin öz qoşunlarını çıxaracağı əvvəlcədən məlum idi. Biz daha çox məsuliyyət götürməliyik”.

Nazir qeyd edib ki, Almaniya müdafiə qabiliyyətini gücləndirmək istiqamətində addımlar atır. Onun sözlərinə görə, silah və texnika alışı sürətləndirilir, eyni zamanda hərbi infrastruktur inkişaf etdirilir.

Məlumata əsasən, ABŞ Almaniyadan təxminən 5 min hərbçini çıxarmağı planlaşdırır. Pentaqon bildirir ki, bu prosesin 6-12 ay ərzində tamamlanması gözlənilir.

Qeyd edək ki, Almaniya hazırda Avropada ABŞ hərbi qüvvələrinin ən böyük yerləşmə məkanıdır - burada təxminən 35 min amerikalı hərbçi xidmət edir və ölkə mühüm hərbi təlim mərkəzi rolunu oynayır.

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr