AZ

ABŞ Almaniyadan hərbçilərini çıxarır, Berlin isə "Düzgün yoldayıq!" deyir

Almaniya ABŞ-ın ölkədəki hərbi kontingentinin sayını azaltmaq qərarına təəccüblənməyib.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniyanın Müdafiə naziri Boris Pistorius deyib.

Nazirin sözlərinə görə, avropalılar öz təhlükəsizliklərini təmin etmək üçün daha çox özlərinə güvənməlidirlər. “Almaniya düzgün yoldadır”, – deyə o əlavə edib.

Məlumata görə, Almaniya Bundesverin şəxsi heyətinin sayını 185 mindən 260 minə çatdırmağı planlaşdırır.

Seçilən
28
publika.az

1Mənbələr