AZ

MPL: "Kəpəz" "Sumqayıt"ı qəbul edir - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 30-cu tur start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk oyunda “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Yevlaxda keçiriləcək oyunu Əli Əliyev idarə edəcək.

Günün digər oyununda “Araz-Naxçıvan” və “İmişli” komandaları üz-üzə gələcəklər. Sumqayıtda baş tutacaq görüşün baş hakimi Vüqar Həsənli olacaq.

Bu turun “Şamaxı” – “Sabah” və “Zirə” – “Qəbələ” oyunları mayın 3-də, “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan-Yevlax” – “Neftçi” matçı isə ayın 5-də keçiriləcək.

Misli Premyer Liqası
30-cu tur
2 may

“Kəpəz” “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
Yevlax şəhər stadionu, 16:00

"Kəpəz": 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov

"Sumqayıt": 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynıy, 80. Keffel Resende, 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç

“Araz-Naxçıvan” “İmişli”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
“SOCAR Polymer Arena”, 18:30.

Seçilən
15
27
fanat.az

10Mənbələr