“Cim Kerri haqqında bir video gördüm, özümün də rahat adam olmadığım yadıma düşdü. Vallah, elə mənim də haqqımda o qədər uydurma, həqiqəti əks etdirməyən şayiələr danışırlar ki, məqsəd isə ictimai obrazımı dəyişib hörmətdən salmaqdır”.
Pravda.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib.
O, məşhur aktyor Cim Kerri ilə bağlı yazaraq özünü onunla müqayisə edib: “Dünya ulduzlarının başına gələnləri görəndə özümə şükür edirəm. İllərlə açıq deyirdi ki, Hollivuddan yorulub. Şöhrət, media, rol oyunu, sənaye təzyiqi onu bezdirib. Sistemə qarşı açıq danışdığına görə onun müsahibələri çoxuna “qəribə” gəlirdi, çünki Hollivudda çox adam açıq danışmır, danışa bilmir. Cim isə şöhrətin illuziya olduğunu, Hollivudun saxta olduğunu, insanların maska taxdığını, sənayenin çox süni işlədiyini açıq şəkildə deyirdi.
Bu da sistem üçün “narahat adam” obrazı yaradırdı. Mən də bizim “camiyədə” “narahat adam” obrazındayam. Bu səbəbdən Cimin obrazını dəyişib daha qaranlıq, daha fəlsəfi, daha siyasi, daha spiritual, problemli bir fiqura çevirdilər. Dünya ulduzlarının başına gələnləri görəndə özümə şükür edirəm. Bilsəm ki, sabah öləcəyəm, bu gün bir video çəkib bütün həqiqətləri cəmiyyətimizin üzünə çılpaqlığı ilə demək istəyərdim. Bunu etmədən ölmək istəmərəm”.