AZ

Juan Salazar Alvarez: Qarabağ iqtisadi inkişaf və turizm üçün çox gözəl məkana çevriləcək

Laçın, 2 may, AZƏRTAC

İlk dəfədir Qarabağa səfər edirəm və burada yaşayışın, iqtisadiyyatın və sosial münasibətlərin tam şəkildə yenidən qurulduğunu gözlərimlə görürəm. Sizi təbrik edirəm, çünki gələcəyə yönəlmiş ölkəniz var. Bu ərazilər iqtisadi inkişaf və turizm üçün çox gözəl məkana çevriləcək.

Bunu AZƏRTAC-a açıqlamasında Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Juan Salazar Alvarez deyib.

Diplomat, həmçinin Azərbaycan və Çili arasında əməkdaşlıq perspektivlərinə toxunaraq, ticarət əlaqələrinin genişləndirilməsinin prioritet olduğunu vurğulayıb: “Biz ikitərəfli ticarəti inkişaf etdirməyə çalışırıq. Çilinin Azərbaycana təqdim edə biləcəyi məhsullar var – məsələn, qızılbalıq, meyvələr və əlbəttə, Çili şərabı. Bu məhsulları sizin bazarlara və evlərə çatdırmaq istəyirik”.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Ceyhun Mustafayev
Seçilən
54
2
azertag.az

3Mənbələr