ain.az bildirir, Baku.ws portalına istinadən.
Aktyor Bülent Polat radikal addımı ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, o şəhər həyatından imtina edib və kəndə köçərək internetdən, sosial şəbəkələrdən uzaq həyat seçib.
O televiziya sahəsindəki gərgin iş qrafiki səbəbilə bu addımı atıb.
Şəhərin səs-küyündən uzaqlaşaraq Çanaqqala bölgəsinin kəndlərindən birində məskunlaşıb.
Məlumata görə, aktyorun yaşadığı məkan şəhərə ən yaxın yaşayış məntəqəsindən təxminən 5 kilometr uzaqlıqda yerləşir. O, burada elektrik və telefon kimi müasir texnologiyalardan imtina edərək daha sadə və təbiətə yaxın bir həyat qurub.
Bülent Polatın bu qərarı sosial mediada və ictimaiyyətdə maraqla qarşılanıb.
Bəzi istifadəçilər onun seçimini "daxili rahatlıq axtarışı" kimi qiymətləndirərkən, digərləri bunu müasir həyatın stressindən qaçış kimi şərh ediblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.